Bakıda “Mitsubishi” sürücüsündən ŞOK HƏRƏKƏT – VİDEO
    • 21-05-2019, 11:16
    • 1 030

Bakıda “Mitsubishi” sürücüsündən ŞOK HƏRƏKƏT – VİDEO

Bakıda yolda qaydanı pozan “Mitsubishi pajero” markalı minik avtomobilinin görüntüsü yayılıb.

News24.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində - Koroğlu Rəhimov küçəsində yolun sağ hissəsi boş olsa da sol zolaqla hərəkət edən “Mitsubishi”nin sürücüsü arxadan gələn maşına yol verməyib. Geridən gələn nəqliyyat vasitəsi yol verməsini işarə edənsən sonra həmin avtomobilin sürücüsü yolun sağ zolağı tamamilə boş olsa da, qoşa xətti tapdalayaraq qarşı yola çıxıb və hərəkətinə davam edib.

Sürücünün qaydaları kobud şəkildə pozmasını əks etdirən kadrlar arxa maşının video-reqistratoru tərəfindən lentə alınıb.

Həmin görüntünü təqdim edirik.