"Bakubus"a məxsus iki avtobus qayda pozdu - VİDEO
    • 30-03-2019, 10:46
    • 1 408

"Bakubus"a məxsus iki avtobus qayda pozdu - VİDEO

Son günlərdə Bakıda marşrut avtobuslarının kobud qayda pozmaları ilə bağlı tez-tez görüntülər yayılır. News24.az xəbər verir ki, “Bakubus” avtobuslarının qoşa xətti tapdalayaraq yolun əks istiqamətinə çıxması halları da baş verir. Bu barədə görüntülər yayılıb. Belə ki, "Bakubus"a aid olan daha 2 avtobusun Nəsimi rayonu ərazisində - Penitensiar Xidmətin binasının qarşısındakı küçədə kobud qayda pozmasını əks etdirən video yayılıb. Həmin videonu təqdim edirik.