Aİ Şurasının yeni sədri seçildi
    • 28-06-2024, 23:30
    • 349

Aİ Şurasının yeni sədri seçildi

Belçikanın paytaxtı Brüsseldə Birlik ölkələrinin dövlət və ya hökumət başçılarının iştirakı ilə keçirilən Aİ Liderlər Zirvəsində AP seçkilərinin ardınca qarşıdakı 5 ildə Aİ-ni idarə edəcək adlar müəyyənləşib. 

News24.az xəbər verir ki, Avropa Şurasının sədri Çarlz Mişel sosial media hesabında verdiyi açıqlamada Ursula fon der Leyenin daha 5 il müddətinə Aİ Komissiyasının sədri vəzifəsini davam etdirməsinin tövsiyə edildiyini açıqlayıb.

Mişel bildirib ki, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Aİ Şurasının sədri seçilib. Estoniyanın baş naziri Kaja Kallas isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə təklif olunub.

Kostadan başqa, digər adlar öz vəzifələrini yerinə yetirmək üçün iyulun 16-da AP Baş Assambleyasından etimad səsi almalıdırlar.

Günel Məlikzadə