-
- 18-06-2024, 15:20
- 277
Aİ-də yeni yüksək səviyyəli liderlər müəyyən edilmədi
İyunun 6-9-da Avropa Parlamentində keçirilən seçkilərdən sonra ilk dəfə bir araya gələn Avropa İttifaqı (Aİ) liderləri Avropa İttifaqı Şurasının sədri, Avropa Komissiyasının sədri və digər vəzifələrə seçiləcək adları müzakirə ediblər.
News24.az xəbər verir ki, liderlərin hazırda Avropa Komissiyasının sədri vəzifəsini icra edən Ursula fon der Leyen, Avropa Şurasına sədrlik üçün Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta və Estoniyanın baş naziri Kaja Kallas üzrə Ali Nümayəndəsi ilə bağlı razılığa gəlməsi gözlənilirdi. Lakin qeyri-rəsmi sammitdə konsensus əldə olunmayıb.
Sammitdən sonra mətbuata açıqlama verən Avropa Şurasının sədri Çarlz Mişel “Çox yaxşı görüş oldu və məncə, biz düzgün istiqamətdə irəliləyirik. Lakin bu gecə, hazırkı mərhələdə heç bir razılıq əldə olunmayıb".
Mişel izah edib ki, bu vəzifələr üçün Avropa Parlamentindəki siyasi partiyalardan təkliflər olub. Onlara yeni yüksək səviyyəli liderləri müəyyən etmək üçün vaxt lazım olacaq. Danışıqların gələn həftə keçiriləcək Aİ sammitində davam etdiriləcəyini deyən Mişel təklif olunan adlarla bağlı təfərrüatları açıqlamayıb.
Günel Məlikzadə