Mişel vəzifəsini erkən tərk edəcək
    • 7-01-2024, 14:22
    • 196

Mişel vəzifəsini erkən tərk edəcək

2024-cü ilin noyabr ayının sonunda başa çatan Avropa Şurasının hazırkı prezidenti Çarlz Mişel Avropa Parlamentinə seçkilərdə iştirak edəcək və yayda vəzifəsini tərk edərək Avropa Parlamentinin deputatı kürsüsünə keçəcək.

News24.az xəbər verir ki, bu barədə Belçikanın “Soir” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Mişel qarşıdan gələn Avropa Parlamentinə seçkilərdə “İslahat Hərəkatı” Belçika liberal partiyasının namizədləri siyahısına başçılıq edə bilər.

Mişel Belçikanın aparıcı KİV-lərinə müsahibəsində 2024-cü ilin iyununda keçiriləcək Avropa seçkilərində iştirak etmək qərarına gəldiyini bildirib.

O, aydınlaşdırıb ki, Avropa İttifaqı Şurasının sədri vəzifəsi Avropa Parlamenti üzvünün işi ilə birləşdirilə bilməz, ona görə də o, iyulun 16-na, yeni Avropa çağırışının deputatlarının andiçmə gününə qədər istefa verəcək.                             

Ayşən