-
- 29-06-2024, 12:15
- 2 738
Manatın real effektiv məzənnəsi azaldı
Bu il iyunun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,3 bənd təşkil edib.
Bu barədə “News24.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 0,5 bənd az, ilin əvvəlinə nisbətən 2,3 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,2 bənd çoxdur.
Bu il mayın sonuna manatın real effektiv məzənnəsi isə 120,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd, ilin əvvəlinə nisbətən 1,3 bənd, illik müqayisədə isə 1,9 bənd azdır.