Qəzzada ölənlərin sayı artdı
    • 29-06-2024, 19:00
    • 161

Qəzzada ölənlərin sayı artdı


Qəzza zolağında ölənlərin sayı 37 834 nəfərə çatıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha 86 858 fələstinli xəsarət alıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 48 saat ərzində Qəzza zolağında azı 69 nəfər ölüb, 429 nəfər yaralanıb.