Qəzzada ölənlərin sayı 27 mini keçdi
    • 2-02-2024, 16:59
    • 107

Qəzzada ölənlərin sayı 27 mini keçdi

Anklavda ölənlərin sayı 27 131 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat verib. 

Nazirliyin məlumatına görə, Qəzzada eskalasiya başlayandan bəri 66 287 nəfər xəsarət alıb.

Nazirlik eyni zamanda bildirir ki, təkcə son 24 saat ərzində 112 fələstinli həlak olub, 150-yə yaxın fələstinli yaralanıb.