Messi 14 ildə ilk dəfə bunu bacarmadı
    • 30-06-2024, 16:03
    • 373

Messi 14 ildə ilk dəfə bunu bacarmadı


Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun qrup mərhələsində qol vura bilməyib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, 37 yaşlı futbolçu Kanada (2:0) və Çiliyə (1:0) qarşı 2 oyun keçirib. O, zədə səbəbindən Peru ilə görüşü (2:0) buraxıb.

“OneFootball”un məlumatına görə, 2010-cu il dünya çempionatından sonra ilk dəfə olaraq Messi böyük turnirin qrup mərhələsində millinin heyətində qol vura bilməyib.