“Kişini evdən çıxarmasam, ölürdü” - Masazırı viran qoyan iş adamı kimdir?

Hadisə

Masazırda bir müddət əvvəl tikilməyə başlayan binanın yaratdığı problem sakinlərin həyatını iflic edib.

News24.az xəbər verir ki, söhbət Masazır qəsəbəsinin Akim Abbasov küçəsindən gedir.

Sakinlərin iddiasına görə, tikinti işləri aparılan zaman yaxınlıqdan keçən kanalizasiya xətti zədələnib. Nəticədə ərazidə ciddi problemlər yaranıb, küçələr qazılaraq bərbad vəziyyətə düşüb. Yağış və kanalizasiya sularının qarışdığı ərazi palçıq içində qalıb, avtomobillərin və piyadaların hərəkəti demək olar ki, mümkünsüz hala çevrilib.

Ən ciddi problem isə kanalizasiya sularının evlərə dolmasıdır. Sakinlər bildirirlər ki, aylardır antisanitar şəraitdə yaşamağa məcbur qalıblar. Onların sözlərinə görə, yayılan üfunət qoxusu gündəlik həyatı çətinləşdirib, xüsusilə azyaşlı uşaqlar və yaşlılar üçün vəziyyət daha təhlükəli hal alıb.

Ətraflı RTV-nin sujetində: