Tanınmış xanım təlimçi qəzaya düşdü
    • 30-06-2024, 18:37
    • 207

Tanınmış xanım təlimçi qəzaya düşdü


Tanınmış təlimçi Arzu Kürsüm Babazadə qəzaya düşüb.

News24.az oxu.az-a istinadla xəbər verir ki, o, bununla bağlı hadisə yerindən video lentə alıb.

O qeyd edib ki, avtomobilinin qəza işıqlarını yandırıb yolun kənarında saxladığı halda arxadan gələn "Jiquli" markalı avtomobil onun avtomobilinə çırpılıb.

Avtotəlimçi bildirib ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarını keçən hissəsində baş verib.

O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib