Madonna və İslandiyanın Fələstin sevgisi İSRAİLİ ŞOKA SALDI – KADRARXASI MƏQAMLAR - VİDEO
    • 22-05-2019, 11:24
    • 956

Madonna və İslandiyanın Fələstin sevgisi İSRAİLİ ŞOKA SALDI – KADRARXASI MƏQAMLAR - VİDEO

“Eurovision 2019”un ötən həftə bitməsinə baxmayaraq, söz-söhbətlər səngimir.

News24.az xəbər verir ki, müsabiqə zamanı ard-arda baş verən hadisələr təşkilatçıları mühüm qərarlar vermək məcburiyyətində qoyub.

İslandiya təmsilşisi “Hatari”nin səslər hesablanan zaman yaşıl otaqda Fələstin bayrağını göstərməsi ilə bağlı  Avropa Yayım Birliyini rəsmi məlumat yayıb. Məlumatda deyilir: “ “Eurovision 2019”un finalında, canlı yayım zamanı “Hatari” qrupu yaşıl otaqda bir neçə dəqiqəlik  Fələstin bayrağını nümayiş etdirib. Mahnı müsabiqəsi siyasi yarışma deyil və bu, bizim qaydalara ziddir. Bayraqlar həmin dəqiqə onlardan alınıb. Baş verən hadisə hazırda müzakirə olunur”.



“Eurovision”da baş verən ikinci gözlənilməz hadisə isə Madonna ilə bağlıdır.

Müsabiqəni izləyənləri İfaçının final günü yeni mahnısını təqdim etməsindən daha çox çıxışının sonunda İsrail və Fələstin bayraqlarını yanaşı göstərməsi təəccübləndirib. Bayraq nümayişinin şounun bir hissəsi olduğu düşünülsə də, sonradan bu, öz təsdiqi tapmayıb. Çünki Madonna şouya hazırlıq məşqində həmin hissəni göstərməyib.