İt üç yaşlı uşağa hücum etdi
    • 1-07-2024, 21:10
    • 167

İt üç yaşlı uşağa hücum etdi

Rusiya Federasiyası Çita şəhərində 3 yaşlı uşağa it hücum edib.

News24.az xəbər verir ki, bu barədə Chita.Ru zərərçəkənin anasına istinadən məlumat yayıb.

Hadisə Vitimski mikrorayonunda baş verib. Qadının sözlərinə görə, onun üç yaşlı oğlu itin hücumuna məruz qalıb. Heyvan oğlanın üzünü cırıb və nəticədə o, xəstəxanaya yerləşdirilib.

Uşağın xəstəxanada hansı vəziyyətdə olduğu məlum deyil. İtin sahibsiz  və ya yerli sakinlərdən birinə aid olması barədə məlumat yoxdur.

Yerli Daxili İşlər Nazirliyinin nümayəndələri jurnalistlərə açıqlamasında bildiriblər ki, hazırda faktla bağlı araşdırma aparılır.

Günel Məlikzadə