Serenay Sarıkaya 32 yaşında
    • 1-07-2024, 21:30
    • 189

Serenay Sarıkaya 32 yaşında

Bu gün 32 yaşını qeyd edən Serenay Sarıkaya sosial media hesabında ad günü üçün xüsusi kadr yayımlayıb.

News24.az xəbər verir ki, 1992-ci il iyulun 1-də dünyaya gələn ulduz şamla poza verərək "Cənablar və xanımlar! 32..." yazıb.

Metin Akdülger, Ece Sükan, Boran Kuzum və Ebru Akel kimi məşhur adlar aktyorun paylaşımına rəy bildirib.

İnstaqram hesabında təxminən 11 milyon izləyicisi olan Serenay Sarıkayanın paylaşımına minlərlə bəyənmə və şərh gəlib.

Günel Məlikzadə