"Range Rover" sürən azyaşlının görüntüsü yayıldı - VİDEO
    • 1-07-2024, 19:00
    • 430

"Range Rover" sürən azyaşlının görüntüsü yayıldı - VİDEO

Sükan arxasına keçən azyaşlının hərəkətləri sosial şəbəkədə yayılıb. 

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, 99-CM-007 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sahibi sükanı azyaşlı övladına həvalə edib. Özü isə həmin anları videoya çəkərək bununla fəxr edib. Qeyd edək ki, həmin vaxt avtomobildə digər azyaşlı da olub. Bu hərəkəti edən valideyn hər iki uşağının həyatını təhlükəyə atıb.

Uşaqlara kiçik yaşlarından aşılanan tərbiyə, həmin formada da davam edir. Uşağı bu yaşında sükana alışdırmaq, onun həyatını təhlükəyə atmaqdan başqa bir şey deyil. Sükan arxasında sərbəstliyi hiss edən azyaşlı daha sonra valideynin xəbəri olmadan da sükan arxasına keçə bilər. Qaydalardan xəbəri olmadığı üçün sonda faciəvi qəzalarla nəticələnə bilər.