23 aptekdə yoxlama aparıldı
    • 3-07-2024, 18:46
    • 251

23 aptekdə yoxlama aparıldı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin iyun ayı ərzində 23 aptekdə yoxlama aparılıb.

Bu barədə Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə 3 aptek olmaqla, ümumilikdə 23 aptekdə yoxlama aparılıb.

"21 aptekdə planlı, 1 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Fürsətdən istifadə edib bir daha vətandaşlara bildiririk ki, aptek müəssisəsi barədə hər hansı şikayət, müraciətlə bağlı və ya alınan dərman vasitəsinin keyfiyyəti barədə şübhə yaranarsa, ilkin olaraq apteklərin üzərindəki tanıtma lövhələrində qeyd olunan Səhiyyə Nazirliyinin Analitik Espertiza Mərkəzinin 012-596-07-12 nömrəli "qaynar xətt"inə, [email protected] elektron ünvanı və ya www.pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə məlumat versinlər", - deyə bildirilib.