Yeni "Skoda Elroq" satışa çıxarılır
    • 2-07-2024, 10:11
    • 551

Yeni "Skoda Elroq" satışa çıxarılır

Skoda ilin sonuna qədər yeni elektrik yolsuzluq avtomobili Elroq modelini təqdim etməyə hazırlaşır. Modelin kamuflyajlı görüntüləri və bəzi texniki detalları paylaşılıb.

News24.az xəbər verir ki, Volkswagen Qrupunun İD seriyası, Audi Q4 e-tron, Audi Q5 e-tron və Skoda-nın Enyaq kimi modellərdə istifadə edilən "Modular Electric Drive" platforması üzərində qurulan yeni Elroq, markanın Modern Solid dizayn fəlsəfəsi ilə gələn ilk modeli olacaq.

Skoda avtomobilin sürtünmə əmsalının 0,26 olduğunu açıqlayıb.

Qeyd edək ki, Skoda Elroq giriş səviyyəsində 125 kVt (170 at gücü) elektrik mühərriki və 55 kVt-saat batareya, yuxarı səviyyədə isə 63 kVt-saatlıq akkumulyator və 150 kVt mühərriklə gələcək.

Ən güclü 85 və 85x versiyaları 82 kVt/saat batareyadan istifadə edəcək. 85 modeli 210 kVt güc istehsal edən elektrik mühərrikinə, 85x isə cəmi 220 kVt gücə malik olacaq. Ön oxa yerləşdirilən elektrik mühərriki ilə dörd təkər ötürücülü olacaq.

Skoda bu versiyalar üçün 560 kilometrə qədər məsafə vəd edir.

Onu da bildirək ki, Elroqun 470 litrlik baqaj həcmi oturacaqlar qatlananda 1580 litrə çatacaq.

Günel Məlikzadə