Qasırğa can aldı: Fövqəladə vəziyyət elan edildi
    • 2-07-2024, 14:00
    • 1 360

Qasırğa can aldı: Fövqəladə vəziyyət elan edildi

Beril qasırğası Karib hövzəsi ölkələrini vurub. 

News24.az xəbər verir ki, Karib hövzəsi ölkələri Sent Vinsent və Qrenadinlər, Qrenada və Sent-Lüsiyaya təsir edən qasırğa nəticəsində evlərin damları uçub, minlərlə insan işıqsız qalıb.

Bölgədən təxliyə edilənlər müvəqqəti sığınacaqlara yerləşdirilib, hava limanları və iş yerləri bağlanıb. Sent Vinsent və Qrenadinin baş naziri Ralf Qonsalves qasırğa nəticəsində bir nəfərin öldüyünü və daha çox itki ola biləcəyini bildirib. Qonsalves “Bu zarafat deyil” deyərək, ictimaiyyətə xəbərdarlıq edib ki, əvvəlki qasırğaların nəticələrini yadda saxlasınlar.

Rəsmilər qasırğa səbəbindən küləyin sürətinin saatda 241 kilometrə çatdığını və qasırğanın qərbə doğru hərəkət etdiyini bildirib.

Qrenadada fövqəladə vəziyyət elan edilərkən, Sent-Lüsiyada milli "kilidləmə" qərarı qəbul edilib.

Günel Məlikzadə