İdmançımız Olimpiya Oyunlarına lisenziya qazandı
    • 2-07-2024, 18:04
    • 169

İdmançımız Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazanıb. 

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, üzgüçümüz Məryəm Şeyxəlizadəxangah 4 illiyin ən mötəbər turnirində iştirak etmək hüququ əldə edib.

Bununla da Fransa paytaxtında keçiriləcək olimpiadada ölkəmizin lisenziyalarının sayı 49-a yüksəlib.