Müğənni naziri məhkəməyə verdi
    • Bu gün, 04:28
    • 135

Müğənni naziri məhkəməyə verdi


Rusiyada "Zveri" qrupunun lideri Roman Bilik Tver vilayətinin mədəniyyət naziri Kseniya Qlinka və bölgənin Bədən Tərbiyəsi və İdman Komitəsinə qarşı konsertin ləğv edilməsindən sonra iddia qaldırıb.

News24.az Söz.az-a istinadən xəbər verir ki, buna səbəb sənətçinin Xüsusi Hərbi Əməliyyatla bağlı mübahisəli mövqeyi olub. 

Sənətçi iddia ərizəsində “mövqenin qeyri-müəyyənliyi” ifadəsini hüquqi əsaslandırmaya uyğun gəlməyən adlandırıb. 

Qrupun lideri həmçinin bəyan edib ki, o, Ukraynadakı Xüsusi Hərbi Əməliyyat zonasına gedib və orada rus döyüşçüləri qarşısında çıxış edib.

Musiqiçi konsertinin ləğvi qərarının qanunsuz elan edilməsini, müğənninin “müəyyən mövqeyi” ilə bağlı məmurların dediklərini təkzib etməyi və məhkəmə xərclərinin 100 min rublunu tələb edib.

“Zveri” qrupunun konserti noyabrın 13-də Tverdə baş tutmalı idi, lakin ləğv olundu.