Yunanıstandan Türkiyə mesajı
    • 3-07-2024, 09:01
    • 276

Yunanıstandan Türkiyə mesajı

Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis Yunanıstanın paytaxtı Afinada bir yayım təşkilatının təşkil etdiyi paneldə çıxış edib. O, xarici siyasətlə bağlı dəyərləndirmə aparıb.

News24.az xəbər verir ki, Yerapetritis dünyanı təsir edən problemlərə diqqət çəkərək, ölkələrin xarici siyasətlərinin də buna uyğun olaraq dəyişdiyini bildirib.

O, Türkiyə ilə dialoqun Yunanıstana vətənpərvərlik xidməti olduğunu vurğulayaraq deyib: 

"Hər şeydə razılaşmayacağıq, bunu bilirik. Gərginliyi azaldacaq şərait yaratmaq, dialoqa, diplomatiyaya, dialoqa yol açmaq bizim gələcək nəsillər qarşısında borcumuzdur".

Egeydə bir qəzanın qarşısını almaq üçün əllərindən gələni edəcəklərini ifadə edən yunanıstanlı nazir, "Qəzalar çox asanlıqla fəlakətli nəticələrə gətirib çıxara bilər. Bu, istəmədiyimiz bir şeydir" dedi. 

Günel Məlikzadə