6 il sonra ilk dəfə - Ərdoğan Yunanıstanda
    • 7-12-2023, 16:56
    • 126

6 il sonra ilk dəfə - Ərdoğan Yunanıstanda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 6 ildən sonra Yunanıstana səfər edib.

News24.az xəbər verir ki, Türkiyə prezidentini hava limanında Yunanıstanın xarici işlər naziri Yorgos İerapetitis qarşılayıb.

Səfər çərçivəsində Türkiyə liderinin Yunanıstan prezidenti Katerina Sakellaropoulou və baş nazir Kiriakos Mitsotakis ilə görüşləri nəzərdə tutulub. Yunanıstanın baş naziri və Türkiyə prezidentinin sədrliyi ilə Yunanıstan və Türkiyə arasında Yüksək Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək.

Tərəflərin Dostluq Münasibətləri və Qonşuluq Bəyannaməsi, o cümlədən miqrasiya ilə bağlı ən azı 20 saziş imzalayacağı gözlənilir.

Qumral