YAP-ın iclası keçirilir - Yeni qərarlar veriləcək
    • 3-07-2024, 11:21
    • 272

YAP-ın iclası keçirilir - Yeni qərarlar veriləcək

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.

News24.az publika.az-a istinadla xəbər verir ki, iclasda partiya Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edəcək. Həmçinin seçkiyə hazırlıq məsələləri, o cümlədən, namizədlərin ilkin siyahısının müzakirə olunacaq.

Toplantıda parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunacaq.

VI çağırış Milli Məlisdə təmsil olunmuş deputat korpusunun fəaliyyəti diqqət mərkəzində olacaq. Mənbələr bildirirlər ki, YAP mərkəzi nəzarət təftiş qurumunun ötən 5 ildə millət vəkilləri, rayon şöbələrinin fəaliyyəti barədə vaxtaşırı hazırladığı arayışlar və yekun hesabat da İdarə Heyəti üzvlərinə təqdim olunacaq. Bildirilir ki, partiyanın VII çağırış Milli Məclisə göndərmək istədiyi deputatların seçilməsində onların ötən dövrdəki fəaliyyəti əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.