-
- 3-07-2024, 15:00
- 377
15 yaşlı Əhməd bıçaqlandı
Antalyada davada bıçaqlanan 15 yaşlı uşaq dünyasını dəyişib.
News24.az xəbər verir ki, hadisə dünən saat 13:00 radələrində baş verib.
R.Ö, Y.Y. və İ.A. ilə suriyalı Əhməd Handan El Naif arasında naməlum səbəbdən mübahisə düşüb.
Davaya çevrilən mübahisədə Əhməd Handan Əl Naif sinəsindən bıçaqla yaralanıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.
İlkin tibbi yardımdan sonra təcili yardımla xəstəxanaya çatdırılan Əhməd Handan Əl Naifin həyatını xilas etmək mümkün olmayıb.
Şübhəlilər iki motosikletlə hadisə yerindən qaçıblar.
Ancaq polisin ərazidəki kamera görüntülərinə baxması nəticəsində onlar saxlanılıb.
Günel Məlikzadə