-
- 10-06-2024, 22:30
- 461
Silahlı dava: Ölən var
Mardində iki qrup arasında naməlum səbəbdən baş verən mübahisə silahlı davaya çevrilib.
News24.az xəbər verir ki, dava zamanı fotoqraf olan Uğur Ay (31) və R.A.A. (20) tapançadan atılan güllələrlə yaralanıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.
Yaralılar ilkin tibbi yardımdan sonra Dövlət Xəstəxanasına aparılıb.
Qeyd edək ki, fotoqraf Uğur Ay dünyasını dəyişib.
Hadisə ilə əlaqədar aparılan istintaq çərçivəsində 5 şübhəli nəzarətə alınıb.
Günel Məlikzadə