-
- 3-07-2024, 15:08
- 393
Aİ banklarına geosiyasi risk xəbərdarlığı
Avropa Bankçılıq Təşkilatı (EBA) Aİ bank sektorunun son vəziyyətini əks etdirən “Risklərin Qiymətləndirilməsi Hesabatı”nı dərc edib.
News24.az xəbər verir ki, "Aİ bankları yüksək geosiyasi risklərlə yanaşı, iqtisadi və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliklə də üzləşirlər", - hesabatda qeyd olunub.
Bankların kredit risklərini mərhələli şəkildə artırmağı planlaşdırdıqları bildirilən hesabatda problemli kredit faizlərinin bütün seqmentlərdə artdığı vurğulanıb.
"Aİ banklarının 1,4 trilyon avrodan çox kommersiya daşınmaz əmlak kreditləri var", - hesabatda deyilir.
Avropa banklarının uzunmüddətli bazar əsaslı maliyyələşdirməni əhəmiyyətli dərəcədə artıracağını gözlədikləri qeyd edilib və bankların ümumi kapital tələblərinin rahat səviyyədə qalması izah edilib.
Banklara qarşı kiberhücumların gücləndiyi xatırladılıb və əməliyyat riskinin əhəmiyyətinin daha da artdığı bildirilib.
Günel Məlikzadə