-
- 3-07-2024, 22:00
- 454
Qumda ayaqyalın gəzməyin faydaları
Yay gələn kimi tətilə çıxıb dənizdən, qumdan, günəşdən həzz almaq istəyirik. Hansına üstünlük verirsinizsə, bu hərəkətlər həm ruhunuza, həm də bədəninizə xeyirdir.
News24.az çimərlikdə gəzməyin faydalarını təqdim edir.
1. Qumda çılpaq gəzmək stressi azaldır. Ayaqlarınızda qum dənələrini hiss etmək sizi daha güclü və xoşbəxt hiss edir.
2. Qum üzərində gəzmək düz yerdə gəzməkdən daha çətindir. Ayaqlarınız hər addımda quma batacağı üçün daha çox güc tələb edir. Bu gəzintilər gücünüzü artırmaqla yanaşı dözümünüzü də artıracaq.
3. Qumun təbii aşındırıcı təsiri olduğundan, ayaqyalın gəzmək ölü dəri hüceyrələrindən xilas olmağa kömək edir.
4. Çimərlik boyu ayaqyalın gəzmək ayaqlarınızda uğurlu masaj effekti yaradır. Bu gəzinti sayəsində yaxşı bir masaj salonundan çıxmış kimi dincələ və bədəninizdə qan dövranını stimullaşdıra bilərsiniz.
5. İstər təkbaşına, istərsə də sevdiklərinizlə birlikdə qumda gəzintilər vaxtınızı xoş keçirməyə kömək edəcək.
Günel Məlikzadə