-
- 3-07-2024, 22:40
- 307
Amerika Kubokunda 1/4 finalın cütlükləri açıqlandı
Bu il Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən təşkil edilən 48-ci Amerika Kubokuna Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) ilə tərəfdaşlıq əsasında Amerika Birləşmiş Ştatları (ABŞ) ev sahibliyi edir. Sözügedən qurumun qrup mərhələləri başa çatmaqla yanaşı, 1/4 final görüşləri də müəyyənləşib.
News24.az xəbər verir ki, A qrupunda son çempion Argentina 3 görüşün hamısında qalib gələrək 9 xalla qrup lideri olub. Kanada isə 1 qələbə, heç-heçə və məğlubiyyətlə 4 xalla 2-ci pillədə qərarlaşıb. B qrupunda 3 görüşdə 3 qələbə qazanmağı bacaran Venesuela 9 xalla birinci olub. Ekvador isə 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə 4 xalla qrupdan çıxmağı bacarıb. Turnirin bombardiri olan Uruqvay 9 xalla C qrupunda birinci yeri tutub. Ev sahibi ABŞ-ın da yer aldığı C qrupunda Panama 6 xalla qrupdan çıxıb.
D qrupunda Kolumbiya 3 matçda 2 qələbə və 1 heç-heçə ilə 7 xalla birinci, Braziliya 1 qələbə və 2 heç-heçə ilə qrupda 5 xalla ikinci pillədə qərarlaşıb.
Qurumda 1/4 final matçları və qarşılaşmaların tarixləri belədir:
5 iyul
05.00 Argentina - Ekvador
6 iyul
05.00 Venesuela - Kanada
7 iyul
02.00 Kolumbiya - Panama
05.00 Uruqvay - Braziliya
Günel Məlikzadə