11 terrorçu zərərsizləşdirildi
    • 3-07-2024, 23:50
    • 176

11 terrorçu zərərsizləşdirildi

İraq və Suriyanın şimal bölgələrində terror əməliyyatları davam edir.

News24.az xəbər verir ki, İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən PKK terrorçularına qarşı əməliyyat keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi əməliyyatda 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin açıqlamasında, “Qəhrəman Türk Silahlı Qüvvələrimiz terrorçuların üzərinə dəmir yumruq vurmağa davam edir! İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən 6 PKK terrorçusu zərərsizləşdirilib. Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək” deyildi.

Nazirlik həmçinin Suriyanın şimalındakı Barış bulağı bölgəsində hücuma hazırlaşan PKK/YPG terrorçularına qarşı əməliyyatın keçirildiyini bildirib.

Açıqlamada, "Hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib" deyə bildirilib.

Günel Məlikzadə