Türkiyə daha 17 terrorçunu məhv etdi
    • 10-05-2024, 13:28
    • 102

Türkiyə daha 17 terrorçunu məhv etdi

İraqın şimalındakı Hakurk, Qara və “Pəncə-Kilid” əməliyyatı bölgələrində müəyyən edilən 10 PKK terrorçusu, Suriyanın şimalında isə Zeytun Budağı və Barış bulağı bölgələrində müəyyən edilən 7 PKK/YPG terrorçusu Türkyə ordusu tərəfindən zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat yayıb.

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında Hakurk, Qara və Pəncək əməliyyatı bölgələrində 10 PKK terrorçusunu, Zeytun Budağında isə 7 PKK/YPG terrorçusunu aşkar edib. Terrorla mübarizə effektiv və qətiyyətlə davam edir”,- deyə  məlumatda bildirilib.

Mehriban Mirzəzadə