Bakıda toyda başlayan dava qanla bitdi
    • 4-07-2024, 00:44
    • 427

Bakıda toyda başlayan dava qanla bitdi


Paytaxtda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Belə ki, Xəzər rayonunun Binə qəsəbəsində, “Atçılıq” yaşayış massivində qonşular arasında düşən mübahisə zamanı 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaq xəsarətləri alıblar.

Hər iki yaralı ağır vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, qonşular arasında mübahisə toyda olub:

“Toydan sonra Amil və atası evlərinə gediblər. Onlarla dava edən şəxslər bunlara zəng edib, “söhbət”ə çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər”.//baku.ws