-
- 4-07-2024, 14:40
- 385
Məşhur futbolçu 11 il azadlıqdan məhrum edildi
İngiltərə məhkəməsi Cəbəllütariq millisinin keçmiş futbolçusu Ceyson Pyuzi 11 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
News24.az Lent.az-a istinadən məlumat verir ki, milli komandanın heyətində 4 oyun keçirən keçmiş mərkəz müdafiəçisi böyük narkotik əməliyyatı çərçivəsində həbs edilib.
İstintaq müəyyən edib ki, 34 yaşlı Pyuzi futboldan əlavə narkotik alveri ilə də məşğul olub, Cənubi Londondakı dəstələri kokain, marixuana və ketaminlə təmin edib. Saxlandıqdan sonra o, cinayətdə iştirak etdiyini etiraf edib.
"Ceyson Pyuzi futbolçu karyerasını davam etdirərkən geniş narkotik biznesi ilə məşğul olub. Zahirən o, özünü adi ailə başçısı kimi aparırdı, lakin narkotik sataraq milyonlar qazanırdı", - detektiv Dunkan Askyu deyib.