Yeniyetmələr yoxa çıxdı
    • 4-07-2024, 17:57
    • 170

Yeniyetmələr yoxa çıxdı

Samara vilayətində itlə gəzintiyə çıxan 2 məktəbli yoxa çıxıb.

News24.az xəbər verir ki, polis və könüllülər iki gündür  uşaqları axtarır.

14 və 16 yaşlı iki oğlan iyulun 2-də Nikitina küçəsindəki evlərini tərk ediblər. Yeniyetmələr iti gəzdirmək niyyətində olublar, lakin bir daha evə qayıtmayıblar. İtkin düşən yeniyetmələrin əlamətləri polis xidmətlərinə, hüquq-mühafizə orqanlarına və könüllü təşkilatlara göndərilib.

Hündürlüyü 160-165 santimetr olan oğlanlardan birinin üzərində ağ yazısı olan qara köynək, boz şort, qara idman ayaqqabısı vardı. Hündürlüyü 165-173 santimetr olan ikinci yeniyetmə boz rəngli qara köynək, qara şort və qəhvəyi sandalet geyinib.

Məryəm