Ailəsi 20 yaşlı Ləmanı axtarır - Foto
    • 19-02-2021, 12:38
    • 300

Ailəsi 20 yaşlı Ləmanı axtarır - Foto

Bakıda 20 yaşlı qız itkin düşüb.

News24.az -ın məlumatına görə, söhbət Xəzər rayonu Binə qəsəbəsi Südçülük savxozunda yaşayan Nəbiyeva Ləman Rafiq qızından gedir. Bu barədə onun atası Rafiq Nəbiyev Xəzər Rayonu 3-cü Polis Bölməsinə ərizə ilə müraciət edib. O bildirib ki, qızı fevralın 12-də saat 15:00-da evdən çıxıb və geri qayıtmayıb.

Evdən çıxarkən əynində qara rəngli gödəkçə, üzərində göy xətləri olan ağ rəngli köynək və qara şalvarla qara ayaqqabı olub.

L. Nəbiyevanın boyu 1.61 sm, saçları orta uzunluqda, arıq bədən quruluşludur. Hər iki ayaq barmaqlarının ikinci və üçüncü barmaqları bitişikdir.

Onu görənlərdən Xəzər RPİ-nin 3-cü bölməsinə məlumat vermələri xahiş edilir.



Əlaqə telefonları:
(050) 222-82-80
(012) 590-72-03
(012) 456-03-02
Günel Türksoy