-
- 5-07-2024, 14:13
- 366
Həmkəndlisini güllələdi, özünü başından vurdu
Astara rayon sakini həmkəndlisini güllələyib, bir nəfər ölüb.
News24.az Report-a istinadən bildirir ki, hadisə rayonun Şüvi kəndində baş verib.
Belə ki, kənd sakini 1983 - cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib. Sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsindən atəş açıb.
B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır