Namik Əhmədov qətlə yetirildi
    • 30-06-2024, 10:01
    • 2 453

Namik Əhmədov qətlə yetirildi

İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi, 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.