"Mənim könlümü almaq, hədiyyələr etmək lazımdır"
    • 5-07-2024, 20:13
    • 619

"Mənim könlümü almaq, hədiyyələr etmək lazımdır"

“Kişi bir pillə öndə olmalıdır. Mütləq şəkildə kişiyə icazə vermək lazımdır ki, özünü sübut etsin. Mən mənim kimi olan, mənim xüsusiyyətlərimi daşıyan kişi istəmirəm. Xanım olaraq inciyə, küsə bilərəm. Mənim könlümü almaq, hədiyyələr etmək lazımdır. Bunun romantizmlə əlaqəsi yoxdur. Bu gün isə kişilər hədiyyə gözləyirlər”. 

 News24.az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış psixoloq Samirə Bağırova “Radio Seans”ın efirində deyib. 

“Qadın deyir ki, kişiyə ən bahalı hədiyyə aldım. Deyirəm ki, bir dəqiqə, bəs o sizə indiyə qədər nə hədiyyə edib? “Heç nə”. Bəs sən niyə ona hədiyyə almısan? “İçimdən gəlir”. Əzizim, onun niyə içindən gəlmir? “Hə, nə fərqi var, qadın, ya kişi...” Xeyr, fərqi var, sən dəyərsizləşirsən. Sən bir qadın olaraq dəyərsizləşirsən. Başa düşürsünüz? Sultan Süleymanla bağlı seriala hamı, yəqin ki, baxıb. Bəxşişi qadına kişi etməlidir. Qadın özü bəxşiş deməkdir. Sevgi, qayğı, mərhəmət, diqqət - hər şey... Qadının özü böyük bir hədiyyədir, qüvvədir”, - o bildirib.