"Mən seriala çəkilsəm, tamaşaçılar türklərə baxmayacaq" - MƏLEYKƏ ƏSƏDOVA - VİDEO
    • 26-04-2021, 11:41
    • 556

"Mən seriala çəkilsəm, tamaşaçılar türklərə baxmayacaq" - MƏLEYKƏ ƏSƏDOVA - VİDEO

"Serial və kinolardan hər zaman dəvətlər alıram. Obrazımı ilk növbədə gərək özüm sevim, daha sonra isə tamaşaçı. Peşəkar səviyyədə olan ekran işində çəkilmək istəyirəm. Necə gəldi, qeyri-peşəkarcasına çəkib onu efirə vermək olmaz. Mən çəkilsəm, tamaşaçılar türk seriallarına baxmayacaqlar".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında deyib. O, söhbət əsnasında sevgidən də bəhs edib: "Təbii ki, nə qədər deyəsən, kişi kimi qadınam. Hər evin kişiyə ehtiyacı var. Kənardan gözəl aktrisa kimi görünürəm, amma evə gedirəm, nə qədər problemlər var. Kişi işi də, qadın işi də hamısı mənim üstümdədir. Allah güc versin hamısını özüm edərəm. Mənə yalançı varlıq lazım deyil, evimə girsin. O sevgim mənim Allahıma və qızımadır. Artıq qızım ailə qurası yaşdadır. İstəmirəm ki, kişi cinsi girsin evimizə".