Atəşfəşanlıq qəzası: Yaralılar var - VİDEO
    • 5-07-2024, 22:40
    • 273

Atəşfəşanlıq qəzası: Yaralılar var - VİDEO

ABŞ-ın Yuta ştatında 4 iyul Müstəqillik Günü musiqi festivalında atəşfəşanlıq qəzası baş verib.

News24.az xəbər verir ki, Provo şəhərindəki LaVell Edvards Stadionunda atəşfəşanlıq zamanı yaranan problem səbəbindən atəşfəşanlığın bir hissəsi tribunalardakı tamaşaçıların üzərinə düşüb.

Polisin verdiyi açıqlamada hadisə zamanı çox sayda tamaşaçının yaralandığı bildirilib.

Bir nəfərin üzünə atəşfəşanlıq vurması nəticəsində ağır yaralandığı bildirilib.

Qeyd edək ki, hadisədə yaralanan 6 nəfər xəstəxanaya aparılıb.

Günel Məlikzadə