Dırnaqlarınız gözəl görünsün istəyərkən xərçəng ola bilərsiniz - DİQQƏT!
    • 5-07-2024, 22:45
    • 499

Dırnaqlarınız gözəl görünsün istəyərkən xərçəng ola bilərsiniz - DİQQƏT!

Əgər əllərinizin gözəl görünməsi üçün salonda dırnaq düzəltdirirsinisə, ehtiyatlı olun, çünki xərçəng ola bilərsiniz.

News24.az ölkə.az-a istinadla xəbər verir ki, son zamanlarda populyarlıq qazananan dırnaq şellakı və ya dırnaq qaynağı cəzbedici görünsə də, sağlamlıq üçün ziyanlıdır.

"Journal natura communications"da yayımlanan bir araşdırmaya görə, dırnaqları qurutmaq üçün istifadə edilən cihaz vasitəsilə insanlar ultrabənövşəyi şüalanmaya məruz qalır. Bu şüaların da insanlarda xərçəng xəstəliyinə tutulmaq riskini artırdığı üzə çıxıb.

Təəssüf ki, bu sadəcə bir ehtimal da deyil. Məşhur model Karolin Yasko məhz süni dırnaqlara görə 2019-cu ildə xərçəng tutub.

O dırnağında qabıq zənn etdiyi ləkəni qoparıb. Sonradan isə həmin ləkənin xərçəng hüceyrəsi olduğu üzə çıxıb. Ayda 2-3 dəfə məruz qaldığı şüalar onu bu vəziyyətə gətirib. 

Barmağı getdikcə şişən model həkimə üz tutanda  dəri xərçəngi olduğunu öyrənib. O tamamilə sağalsa da, insanlara bu mövzuda diqqətli olmağı tövsiyə edir.