Bakının mərkəzində biabırçılıq: Sürücülər səkini və maşın yolunu zəbt edirlər
    • 5-07-2024, 23:25
    • 284

Bakının mərkəzində biabırçılıq: Sürücülər səkini və maşın yolunu zəbt edirlər

Bakıda dayanma-durma qaydasını kobud şəkildə pozan sürücülərin videosu sosial şəbəkədə yayılıb.

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntü paytaxtın Səməd Vurğun küçəsində ("World Businnes Center"in qarşısında) qeydə alınıb. Belə ki, sürücülər həm səkidə parklanma edərək piyadaların yolunu kəsiblər, həm də hərəkət hissəsində iki cərgədə dayanaraq avtomobillərin yolunu kəsiblər. Videogörüntünü qeydə alan motosiklet sürücüsü oradan keçəndə əziyyət çəkdiyini bildirib.

Qeyd edək ki, 50 metr qarşıda qış parkının iki mərtəbəli böyük parkinqi var. Əvvəllər sürücülər parkinqlərin olmamasını bəhanə edərək qaydaları pozurdular. İndi bu küçədə qayda pozmaq üçün heç bir bəhanə yoxdur. Ümid edirik ki, Dövlət Yol Polisi əməkdaşları həmin küçədə nəzarəti gücləndirəcək və qayda pozan sürücülər məsuliyyətə cəlb ediləcək.