Sumqayıtda FACİƏ: Uşağın üzərinə şüşə DÜŞDÜ
    • 5-07-2024, 22:05
    • 484

Sumqayıtda FACİƏ: Uşağın üzərinə şüşə DÜŞDÜ

Sumqayıtda evdə tək olan 12 yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.

2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.