İtaliya Prezidenti Azərbaycan Prezidentini təbrik edib
    • 23-05-2019, 16:08
    • 916

İtaliya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, məktubda deyilir:

"Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan və İtaliya möhkəm əlaqələrlə bir-birinə sıx bağlıdırlar və bu bağlılıq illər ərzində siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində məhsuldar tərəfdaşlıqda öz əksini tapmışdır. Ümid edirəm ki, bu əməkdaşlıq daha da zənginləşəcək və ölkələrimizin vətəndaş cəmiyyətləri, iqtisadi sistemləri, həmçinin gənc nəsillərimizin maraqları istiqamətində yeni sahələr üzrə genişlənəcəkdir.
İnanıram ki, əlaqələrimizin möhkəmləndirilməsi, regional və beynəlxalq səviyyələrdə birgə maraq dairəsində olan mövzular üzrə dialoqun intensivləşdirilməsi üçün möhtəşəm çərçivə hesab edilən Bakı və Avropa Ittifaqı arasında yeni bir tərəfdaşlıq sazişi müəyyənləşdirmək üçün qətiyyətlə və ruh yüksəkliyi ilə yolumuza davam edəcəyik.
Bu arzularla və Sizi Romada qəbul etmək ümidi ilə Sizə və bütün Azərbaycan xalqına rifah diləyirəm".