25 yaşlı idmançı faciəvi şəkildə öldü
    • 7-07-2024, 15:04
    • 445

25 yaşlı idmançı faciəvi şəkildə öldü


“Team Coop-Repsol” komandasının norveçli velosipedçisi Andre Dreqe Avstriya turunun dördüncü mərhələsinin yarışı zamanı enişdən yıxılaraq dünyasını dəyişib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, 25 yaşlı idmançının faciəvi ölümünün təfərrüatları və səbəbləri açıqlanmır. Təşkilatçıların sözlərinə görə, Dreqe Qrossqlokner dağının enişindən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhələ qaliblərinin mükafatlandırma mərasimi ləğv edilib.

Təşkilatçılar faciəyə görə final mərhələsinin ləğv edilib-edilməyəcəyini açıqlamayıblar.