Türkiyə kosmosa yeni peyk göndərir
    • 8-07-2024, 08:10
    • 223

Türkiyə kosmosa yeni peyk göndərir


Türkiyənin ilk yerli və milli kommunikasiya peyki “Türksat 6A” sabah kosmosa göndəriləcək.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu özünün X səhifəsində məlumat yayıb.

“Loqosunun ilhamını “Türkiyə Yüz ili” vizyonumuzdan və bayrağımızdan alan ilk yerli və milli kommunikasiya peykimiz "Türksat 6"nın səfəri başlayır. 85 milyon tək ürək, şanlı al bayrağımızı kosmosda dalğalandıracağıq”, - Uraloğlu bildirib.

Peyk sabah ABŞ saatı ilə 17:20, Türkiyə saatı ilə 00:20-də kosmosa göndəriləcək.