NASA astronavtları mars missiyasını tamamladı
    • 8-07-2024, 09:26
    • 139

NASA astronavtları mars missiyasını tamamladı

NASA-nın bir il öncə başlayan Mars missiyasının bir hissəsi olan simulyasiyanı dörd könüllü astronavt tamamlayıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, astronavtlar 378 gündən sonra şərti Mars peykini tərk ediblər.

İki qadın və iki kişinin qatıldığı "Chapea" proqramı şənbə günü başa çatıb. İştirakçılar 160 kvadratmetrlik Mars simulyasiya sahəsini tərk ediblər. Kosmonavtlar ailələrinin yanına qayıtmazdan əvvəl kameralar qarşısında qısa çıxış ediblər. "Chapea" proqramı NASA-nın 2025 və 2027-ci illərdə oxşar missiyalarına marağı artırıb.