İranda həyəcan siqnalı: Dövlət müəssisələri və məktəblər bağlandı
    • 8-07-2024, 11:41
    • 25 303

İranda həyəcan siqnalı: Dövlət müəssisələri və məktəblər bağlandı

İranın rəsmi xəbər agentliyi İRNA Qum əyalətinin ictimaiyyətlə əlaqələr idarəsinin verdiyi yazılı açıqlamanı yayıb.

News24.az xəbər verir ki, açıqlamada hava çirkliliyinin səviyyəsinin "narıncı"ya yüksəldiyi, toz və qum fırtınalarının sözügedən çirkliliyi artırdığı ifadə edilib.

Dövlət qurumlarının və məktəblərin bir günlük bağlı olduğu bildirilərkən, tənəffüs və ürək xəstəlikləri olanlara zərurət olmadıqca çölə çıxmamaları tövsiyə edilib.

Qeyd edək ki, havanın keyfiyyəti indeksində bir kubmetr havada hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər aşağıdakı kimi verilib:

0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi), 301-500 təhlükəli (qəhvəyi).

Günel Məlikzadə