Prezident Beyləqana yeni icra başçısı təyin etdi - SƏRƏNCAM
    • 8-07-2024, 14:28
    • 321

Prezident Beyləqana yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

News24.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə o, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.