Adil Əliyev kimdir? - DOSYE
    • 8-07-2024, 14:35
    • 500

Adil Əliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bəs Adil Əliyev kimdir?

News24.az xəbər verir ki, Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını. 1998-ci ildə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 

Bildirək ki, ailəlidir və üç övladı var. O. həmçinin general-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.

Hərbi xidməti

  1. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
  2. 1994–2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.
  3. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

Siyasi fəaliyyəti

  1. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
  2. 2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.
  3. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.
  4. 10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilib.
  5. 10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilib.

Təltif və mükafatları

  • "Polis əlaçısı" fəxri adı (2000)
  • "İgidliyə görə" medalı (2005)[4]
  • 20 iyun 2020-ci ildə "ehtiyatda olan polkovnik" rütbəsiylə təltif edilib.
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Günel Məlikzadə