"Miras ovu" - Yaşlıları öldürürlər
    • 8-07-2024, 15:28
    • 329

"Miras ovu" - Yaşlıları öldürürlər

BBC-nin məlumatına görə, Keniya, Malavi, Tanzaniya və Cənubi Afrikanın bəzi bölgələrində yaşlı insanların torpaqlarını ələ keçirmək üçün öldürülməsinə haqq qazandırmaq üçün cadu və xurafatdan istifadə edilir.

News24.az xəbər verir ki, ölkədə yaşlı torpaq sahiblərinin öldürülməsinin arxasında duran həqiqət onların “cadugər” olduğuna inanmaq deyil, mülkiyyət sənədi olmayan torpaqların ailə daxilində verilməsidir.

Keniyanın insan haqları təşkilatı Haki Yetu tərəfindən hazırlanan "Sərhəddəki Yaşlılar" hesabatına görə, Keniyanın Kilifi sahillərində, demək olar ki, hər həftə bir qoca "cadugər" olduğunu iddia edərək öldürülür.

Təşkilatın proqram meneceri Julius Vanyama deyir ki, bu qətllər daha çox ailə daxilində törədilir və öldürmə aktına haqq qazandırmaq üçün “cadugər ovu” kimi göstərilir, lakin əsl səbəb torpaq və ərazidir.

Vanyama bildirir ki, öldürülən hər 10 nəfərdən 7-si torpaq sahibi və miras sahibi olan yaşlı kişilərdir.

Bu vəziyyətin geniş yayıldığına görə, ərazidə xeyriyyə təşkilatı olan yaşlı insanlar üçün bərpa mərkəzi fəaliyyət göstərir.

Qeyd edək ki, bu mərkəzdə hücuma məruz qalan və evlərinə qayıda bilməyən 30-a yaxın qoca yaşayır.

Günel Məlikzadə